Uşaqları peyvənd etdirək?

08 Noyabr 2017 10:45

Cəlilabadda yaşayan Poladovlar ailəsi uşağına peyvənd vurulandan sonra onun fəsadı ilə üzləşən yeganə ailə deyil. Bu kimi halları görən digər valideynlər də çox vaxt uşaqlarına peyvənd vurdurmaq istəmir. Amma buna baxmayaraq, payızın gəlişi ilə əlaqədar bu profilaktik tədbiri görənlər də var. Bildirilir ki, uşaqların infeksion xəstəliklərə yoluxması pis nəticələnə bilər. Buna görə də uşaqlara peyvənd vurulması mütləqdir. Bəs uşağa peyvənd vurulması hansı halda mənfi təsirini göstərə bilər? Valideynlər bildirir ki, Azərbaycana peyvəndlər əsasən Hindistan və Almaniyadan gətirilir. Onların qiyməti də fərqlidir. Özəl klinikalarda uşaqlara əsasən daha keyfiyyətli Almaniya istehsalı olan peyvəndlər vurulur ki, o da baha başa gəlir. Hərçənd əczaçılar bu fikirlə razi deyil. Əczaçılar bildirir ki, uşaqlara peyvənd vurulması vacib məsələ olsa da, onların istifadəsini həkimlər düzgün müəyyənləşməlidirlər. Azyaşlıların orqanizmi kövrək olduğundan, onlar daha tez xəstəliklərə yoluxurlar. Peyvəndlərdən istifadə isə uşaqların immunitetlərini artırır. Amma bəzi azyaşlıların allergik reaksiyaları güclü, immun sistemləri isə çox zəif olduğundan peyvəndlənmə ağır fəsadlarla nəticələnir. Həkimlər bildirir ki, 1 yaşa qədər olan uşaqlar infeksion xəstəlikləri ağır keçirir. Məhz belə xəstələrin vəziyyətini yüngülləşdirmək üçün peyvəndlərin vurulması mütləqdir. Pediatrlar peyvəndlərin uşağın doğulduğu andan 1 yaş 6 aylığına qədər vurulmalısını  məsləhət görürlər. Həkimlər qeyd edir ki, peyvəndi hər adama vurdurmaq olmaz. Bunun üçün peşəkarlara müraciət etmək lazımdır. Əks təqdirdə onun ağır fəsadları qaçılmazdır.


XANLAR MEHDİYEV