Qardabanidə işlər tamamlandı

04 Noyabr 2017 16:08

Şahdəniz yatağından Azərbaycan qazını Avropaya ötürəcək önəmli stansiyalardan sayılan Qardabani kompressor stansiyasının inşası yekunlaşmaq üzrədir. Gürcüstandan keçən dəhlizlərin tikintisi, demək olar ki, 90%-i bitmək mərhələsindədir. Beləliklə, 2020-ci ildə Avropa ölkələri Azərbaycan qazının isdifadəçiləri arasında yer alacaq. Testlər keçirildikdən sonra Qardabani özü də bu il Şahdəniz boru xəttindən qaz ala biləcək. Ümumilikdə layihə çərçivəsində Gürcüstanda iki kompressor stansiyası tikilib. 2 milyard dollar qiymətləndirilən investisiya layihəsi Gürcüstana yeni iş yerləri ilə yanaşı, əlavə tranzit sahəsindən qazanc əldə etmək imkanı da verəcək. Hazırda qonşu ölkə Şahdəniz yatağından illik istifadənin üçdə birini alır, bu isə 800 milyon kubmetrə bərabərdir.


AZƏR MƏMMƏDOV