Əfsanəvi diktor dəfn olundu

03 Noyabr 2017 18:54

Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynli ilə vida mərasimi keçirilib.  Mərasimdə mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Sənət dostları Rafiq Hüseynli haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıblar. Məşhur diktor Yasamal qəbiristanlığında dəfn edilib.