Lari "rekord" vurur

31 Oktyabr 2017 09:59

Dollar hökmranlığı son vaxtlar digər valyutaların zəifləməsinə səbəb olub. Gürcüstanın pul vahidi lari də ABŞ valyutası qarşısında tab gətirə bilmir. Avqust ayında bir dollar 2 lari 40 tetri idisə, artıq 1 dollar – 2 lari 56 tetri olub. Gürcü ekspertlər isə bu tendensiyanın hələ bir müddət də davam edəcəyini deyirlər. Ekspertin dediyinə görə, yaxın gələcəkdə lari yenə də bir-iki tetri ucuzlaşa bilər. Lakin ötən illərin tendensiyasını nəzərə alsaq, aprel ayında larinin bahalaşacağı gözlənilir.


AZƏR MƏMMƏDOV