BTQ üzrə ilk yük qatarı yola salındı

28 Oktyabr 2017 17:45

Bakı-Tbilisi-Qars dəmir yolu xəttilə 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə yola salınıb. Sözügedən xətt Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirməyə hesablanıb. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, bu layihə Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Baş nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihədir. Bu layihənin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından da istifadə edilib.


AZƏR MƏMMƏDOV