Sumqayıtda akkumulyator oğruları tutuldu

11 Oktyabr 2017 17:27

Sumqayıtda avtomobildən akkumulyator oğurlayanlar saxlanılıb. Akkumulyator Sumqayıt şəhər sakini Oqtay İbrahimova məxsus "VAZ 2106" avtomobildən oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Siyəzən sakini Azər Güləliyev, oğlu Vaqif, Sumqayıt sakinləri Rasim Talıbov və Elxan Sultanov saxlanılıblar. Məlum olub ki, onlar oktyabrın 1-dən 7-dək daha 5 avtomobildən oğurluq ediblər. Saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib. İzahatlarının alınması üçün polis idarəsinə gətirilən metal qəbulu məntəqələrinin sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


RAMİL ZEYNALLI