Fransalı jurnalist münaqişədən yazdı

11 Oktyabr 2017 11:50

"Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən başlayıb. Əslində  Dağlıq Qarabağ Azərbaycanın qədimdən mədəni mərkəzi olub". Bu fikirlər Fransalı jurnalist-bloger Conatan-Simon Sellemin “Mediapart” portalında münaqişə barədə dərc etdirdiyi məqalədə yer alıb. Müəllif 1988-ci il hadisələrini təsvir edərək on minlərlə azərbaycanlının Ermənistandakı ata-baba torpaqlarından qəddarlıqla, zorakılıqla qovulduğuna da diqqət çəkib. Yazıda qeyd olunub ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu gün də davam edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlar hələ ki, bir nəticə vermir.  Yalnız 2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatına əks-həmlə ilə cavab verən Azərbaycan Ordusu işğal altındakı ərazilərin bir neçə min kvadratkilometrlik hissəsini azad edib.Conatan-Simon Sellem məqaləsini bu fikirlərlə bitirib: “Gələcəkdə necə olacağını heç kəs bilmir. Lakin müasir həbi texnika ilə təchiz olunan,  yaxşı təlim keçən qoşunlar Vətənin işğal edilən torpağının hər qarışını azad etməyə hazırdır. Münaqişənin yenidən alovlanacağı təqdirdə beynəlxalq birliyin bu dəfə əmin-amanlığı dörd gündən sonra bərpa etmək şansı son dərəcə azdır.