Z.Həsənov Belarusda hərbi texnika ilə tanış oldu

11 Oktyabr 2017 11:45

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub. General-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim olunub.