"Göy qurşağının bütün rəngləri"

07 Oktyabr 2017 18:11

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadə adına İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssam Fidan Əliyevanın “Göy Qurşağının bütün rəngləri” adlı fərdi sərgisi açılıb. Sərgiyə gələnlər rəssamın 23 əsəri ilə tanış olublar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki,  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bütün istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradır. Sərgi klassik musiqi sədları ilə sona çatıb.


AZƏR MƏMMƏDOV