Azərbaycanda ilk uşaq filmi nümayiş olundu

04 Oktyabr 2017 17:53

Hər kəsin çoxdan gözlədiyi “Big Bubble əməliyyatı” adlı macəralı uşaq filminin təqdimatı oldu. Nizami Kinoteatrında keçirilən təqdimata uşaqlarla yanaşı böyüklər də qatıldı. 30 illik fasilədən sonra Azərbaycanda çəkilən ilk macəralı uşaq filminin ərsəyə gəlməsi heç də təsadüfi hal deyil, rejissor deyir ki, bu sahədə boşluq olduğundan belə bir filmin çəkilməsinə ehtiyac vardı. Filmin əsas süjet xətti uşaqların bir sehrbazla macərasından bəhs edir. Uşaqlar burada müxtəlif rolları canlandırıblar. Filmin əsas özəlliyindən biri də odur ki, aktyor heyəti müxtəlif peşə sahələrinin nümayəndələridir. Bu da onların istedadının üzə çıxmasında böyük rol oynayır.  Elə filmdə əsas qəhrəmanlardan biri olan Ayselin anası rolunu ifa edən Vüsalə Əmiraslanova ixtisasca psixoloqdur. "My Production”ın istehsalı olan macəra dolu uşaq filminin ərsəyə gəlməsində təşkilati dəstək "Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi” və "Gənclərin Töhfəsi İctimai Birliyi”dir. Elə filmdə rol alan balaca aktyorlar da “Dəcəl Balam Ailə və Uşaq İnkişaf  Mərkəzi”nin üzvləridir.


SİMNARƏ  HƏMİDQIZI