Azərbaycan həqiqətlərindən bəhs edən kitab

29 Sentyabr 2017 17:05

“Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində  Azərbaycana  819,12 milyard dollar məbləğində ziyan dəyib. Bu ziyanın 177 milyardı tarixi və mədəni abidələrə aiddir”. Bu fikrilər Tbilisidə Faiq İsmayılovun “Historical and cultural monuments in the occupied territories of Azerbaijan” kitabının təqdimatında səsləndirilib. Bildirilib ki, işğal altında olan Azərbaycan ərazilərində 13 dünya, 1200 dövlət, 2500 yerli əhəmiyyətli abidə dağıdılıb, talan olunub. Çıxış edənlər kitabla bağlı fikirlərini bölüşməklə yanaşı, ermənilərin Qafqazda törətdikləri vəhşiliklərdən də söz açıblar.