"Akademikin son əsəri"

29 Sentyabr 2017 10:41

Xalq şairi Sabir Rüstəmxanlının “Akademikin son əsəri” adlı kitabının imza günü keçirilib. Azərbaycan türklərinin üzləşdiyi bəlalar, fiziki və mənəvi repressiya – genetik savaşdan bəhs edən əsər bütün yaş təbəqəsinin nümnayəndələrinin, xüsusilə də gənclərin marağına səbəb olub. Onlar Azərbaycanın başına gətirilən müsibətlərin canlı şahidi olmasalar da, kitabdan öyrənməyə çalışdılar.  Azərbaycan xalqı işğal, soyqırım, köçürmə, repressiya, milli dəyərlərinin əlindən alınması, mənəvi aşınma kimi, bəlkə də heç bir millətin görmədiyi müsibətlərdən keçib. Nəşrdə də məhz xalqımızın tarixən yaşadığı bəlalar, məruz qaldığı faciələr əks olunub.