Mövsüm “Ocaq”la açıldı

28 Sentyabr 2017 19:51

Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümü yeni tamaşa ilə açıb. Kollektiv türkiyəli yazıçı Turqut Özakmanın “Ocaq” psixoloji dramını səhnələşdirib. Tamaşanın rejissoru əməkdar artist, Firudin Məhərrəmovdur.  Tamaşada rol alan aktyorlar  psixoloji nüansları məharətlə ifa ediblər. Yeni mövsümdə Hüseyn Cavidin "Xəzan yarpaqları”,  Cəfər Cabbarlının  "Aydın” pyesinin səhnələşdirilməsi gözlənilir.


RAMİL ZEYNALLI