BTQ-nin açılışına hazırlıq gedir

27 Sentyabr 2017 13:52

Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq strukturlarının rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar. "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə Heyətinin sədri Cavid Qurbanov, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri, eləcə də digər rəsmi şəxslər qatarla Tbilisidən Axalkalakiyə gediblər. Rəsmilər Asiya ilə Avropanı birləşdirəcək layihənin açılışa hazırlığı ilə maraqlanıblar.  


AZƏR MƏMMƏDOV