Turistlər nəyə görə Azərbaycanı seçir?

27 Sentyabr 2017 10:12

Bütün dünyada turizm iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da son illər bu sektorda müsbət dinamika müşahidə edilir. Ölkəmizə gələn turistlərin sayının ilbəil artması bunu deməyə əsas verir. Tarixi məkanların, eqzotik ərazilərin çox olması turistlərin Azərbaycana marağını artırır. Paytaxtla yanaşı bölgələrimizdə də turizmin inkişafı üçün xeyli işlər görülür. Yeni otellər, istirahət məkanları tikilir. Hazırda ölkədə yerli və xarici turistləri qəbul etmək üçün 570 mehmanxana və mehmanxana tipli obyekt var. Statistikaya görə, bu il  Azərbaycana gələn turistlərin sayında 25  faiz  artım  olub. Bəs yerli sakinlər necə, turizmin inkişafından və bölgələrdə onlara göstərilən xidmətdən razıdırlarmı? Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda turizm sektoru inkişafa doğru getsə də, müəyyən problemlər də mövcuddur. Yeri gəlmişkən, 27 sentyabr  “Ümumdünya Turizm Günü”dür. Bu turizm sahəsində çalışan hər bir kəsin bayramıdır.


XƏYALƏ VAQİFQIZI