"Bəxtsiz cavan" Qazaxda

20 Sentyabr 2017 12:15

Qazax Dövlət Dram Teatrı yeni mövsümə Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi əsasında hazırlanan eyniadlı tamaşa ilə başlayıb. Əsərin baş qəhrəmanı təhsilli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhaddır. O, nadanlığın, cəhalətin əleyhinədir, elm və maarifi təbliğ etmək istəyir. Fərhadın bu davranışları əmisi Hacı Səməd Ağanın və anasının xoşuna gəlmir. Tamaşada Hacı Hacıyev, Səyalı İsmayılova, Yusif Qoca, Aydın Orucov, İlqar Hacıəliyev, Arif Almədətov və Nəsimi Aşpazov rol alıblar.


HİCRAN NƏSİBOVA