“TurAz Qartalı - 2017” davam edir

19 Sentyabr 2017 17:28

“TurAz Qartalı - 2017”  təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. Uçuşlar hər iki ölkənin hərbi aviasiya fəaliyyətinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi məqsədilə həyata keçirilir. bununla yanaşı təlimlərdə axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi də təkmilləşdirilir.