"Diriliş Ertuğrul"un aktyorları Bakıda

19 Sentyabr 2017 11:58

Bu ekran əsəri türk xalqının şanlı tarixini özündə ehtiva edir. Döyüş ruhunda lentə alınan "Diriliş Ertuğrul" serialı qısa müddət ərzində təkcə Türkiyədə deyil, həmçinin Azərbaycanda da sevilir və böyük maraqla izlənilir. Filmdə Aliyar bəy obrazı ilə milyonlarla tamaşaçının sevgisini qazanan Cem Uçan paytaxt Bakının qonağı oldu. İlk dəfədir ölkəmizə gələn aktyor Azərbaycan tamaşaçılarına yaratdığı obrazdan bəhs etdi. Dəfələrlə dünya və Avropada ən reytinqli serialı seçilən "Diriliş Ertuğrul" “Altın Kələbək” mükafatına layiq görülüb. Filmin rejissorlarından biri olan eyni zamanda mənfi obrazı - Batuxanı canlandıran Osman Albayrak isə deyir ki, yeni sezonda tamaşaçıları daha həyəcanlı və maraqlı bölümlər gözləyir. Türkiyəli aktyorlar səfər çərçivəsində ölkəmizin mədəniyyəti, tarixi məkanları ilə tanış olublar. Türkiyənin sevilən aktyorları ölkəmizə Azərbaycan-Türkiyə evinin dəvətiylə gəliblər. “Diriliş Ertuğrul” serialı Türkiyə ilə birlikdə 30-dan çox ölkədə yayımlanır.


TOĞRUL NƏSİRLİ