18 sentyabr "Milli musiqi günü"dür

18 Sentyabr 2017 10:29

Milli musiqimizin tarixi Şərqdə ilk operanın müəllifi olan Üzeyir Hacibəyovun adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən 18 sentyabr  ölkəmizdə “Milli Musiqi günü” kimi qeyd olunur. Bu gün həm də Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Bəs insanlar bu günün mahiyyətinin nə ilə bağlı olduğunu bilirmi? Dahi bəstəkarın adını daşıyan ev muzeyi də mövcuddur onun şəxsi əşyaları burada qorunur. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində Üzeyir  Hacıbəyovun musiqiləri səslənir və sevilir. Ölkəmizdə və müxtəlif ölkələrdə dahi bəstəkarın xatirəsinə  festivallar  həsr edilir.  Amma gəlin etiraf edək ki, bu gün professional musiqilərlə yanaşı, millilikdən uzaq, bayağı mahnılar da artıb. Xarici ölkələrdə təbliğ edilən Azərbaycan musiqiləri mədəniyyətimizin geniş miqyasda təbliğinə xidmət edir. Bu əlamətdar gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır.


XƏYALƏ VAQİFQIZI