“Cavad xan” nümayiş olundu

16 Sentyabr 2017 13:53

Ölkəmizdə hər il kifayət qədər film çəkilir. Lakin məsələ burasındadır ki, yeni çəkilən ekran əsərləri Azərbaycan tamaşaçısına lazımi səviyyədə çatdırılmır. Qəhrəmanımız Elvin Əlizadə deyir ki, lentə alınan filmlər daxili baxışdan keçirilsə də onlara ictimai baxış olmur. Bu da sonda ciddi problemlərin yaranmasına gətirib çıxarır.


Amma ümidverici məqamlar da var. Artıq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək.


Yeri gəlmişkən, qeyd edək ki, Sumqayıtda kino mövsümünün başlanğıcı ilə əlaqədar Sabir Rüstəmxanlının ssenari müəllifi olduğu və Rövşən Almuradlının quruluş verdiyi “Cavad xan” filmi kinosevərlərə nümayiş olunub. Film XIX əsrin əvvəllərində özoğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı ilə rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan cəsur sərkərdə Cavad xan haqqındadır.


RAMİL ZEYNALLI