"İndian Ocean " xəzər sahillərində

14 Sentyabr 2017 12:56

Hindistanın “Indian Ocean” qrupu Sumqayıt bulvarında konsert proqramı ilə çıxış edib. Qrup fərqli musiqi ilə Hindistan və ölkə xaricində uğur qazanıb. Musiqi qrupunun ölkəmizə səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunub. Hindistanın Azərbaycandakı səfiri Sancay Rana gələcəkdə də bu cür tədbirlərin təşkil edilməsində maraqlı olduğunu bildirib. Konsertdə bir-birindən maraqlı mahnılar səsləndirilib. Kampazisiyaların əsas mövzusu mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiyadır. Müasir rok, klassik hind cazı ilə xalq musiqisinin vəhdəti şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.


RAMİL ZEYNALLI