“ Yerli iqtisadi inkişaf ”

14 Sentyabr 2017 11:23

Tbilisidə “Yerli iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Məqsəd şəhər idarəçiliyində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məsələləri müzakirə etməkdir. Konfransa Azərbaycan nümayəndə heyəti də qatılıb. Avropa Komissiyasının “Yerli merlər inkişaf naminə” layihəsi bəzi ölkələrdə, o cümlədən Gürcüstan və Azərbaycanda uğurla reallaşdırılır.


AZƏR MƏMMƏDOV