İlk sənaye sərgisi açıldı

14 Sentyabr 2017 10:28

Bakıda ilk dəfə olaraq sənaye sərgisi açılıb. Xarici şirkətlərin nümayəndələrinin qatıldığı sərgi iqtisadi münasibətləri genişləndirmək baxımdan əlverişli imkan yaradacaq. Burada sənayenin bütün sahələrini əhatə edən məhsullar təqdim olunur. Sərgidə Rusiya, Ukrayna, Türkiyə və İranın 30-a yaxın tanınmış şirkəti iştirak edir.Nümayişin əsas təşkilatçı olan ITF qrupun təqdim etdiyi məhsullar xüsusi göz oxşayır. Azərbaycanla İran arasında nəinki sənaye, iqtisadiyyat hətta nəqliyyat sahəsində də əlaqələr genişlənəcək. Elə İranın milli adət-ənənəsini əks etdirən əşyalar və xüsusi geyimlər də maraqla qarşılandı. Sərgidə nümayiş olunan mis qablar, müasir texnologiya üsulu ilə istehsal edilən tavalar da seçilən məhsullar arasındadır. Beynəlxalq Sənaye Sərgisi sentyabrın 15-ə kimi davam edəcək.


SİMNARƏ HƏMİDQIZI