Kolleclərə qeydiyyat başa çatır

13 Sentyabr 2017 13:16

Bu gün orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır. Abituriyentlər axşam saat 5-ə kimi tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir. Onların bu proseduru yerinə yetirməməsi abituriyentin imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.