Kirayə mənzillərə tələbat artdı

13 Sentyabr 2017 10:32

Yeni dərs ilinin başlamasına bir neçə gün qalıb. Bu səbəbdən kirayə mənzillərə tələbat artıb.Sumqayıtda vəziyyəti araşdırmaq üçün üz tutduq rieltorların toplaşdığı ev bazarına. Müştəri gözə dəymirdi. Rieltorlar isə deyirlər ki, ev tutmaq üçün tələbələr bura gəlmirlər. Çünki... Sumqayıtın kirayə mənzil bazarında vəziyyətindən asılı olaraq 1-3 otaqlı evlərin qiyməti 130-350 manat arası dəyişir. Uzun illərdir mənzillərin alqı-satqısı ilə məşğul olan Murad Bədəlov deyir ki, kirayə ev axtaranlar əsasən Sumqayıtda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrdir ki, onların da əksəriyyəti rayondan gələnlərdir. Onun sözlərinə görə, kirayə mənzil bazarında 20-50 manat arası artım müşahidə olunur. Kirayə mənzil bazarında qiymətlərin enməsi  oktyabr,noyabr aylarında gözlənilir.


RAMİL ZEYNALLI