Lənkəranskinin qətlində adı hallanan şəxs öldürüldü

12 Sentyabr 2017 18:32

Tbilisidə qətlə yetirilən Azərbaycan vətəndaşının kimliyi məlum olub. Gürcüstan televiziyalarının məlumatına görə, öldürülən şəxs, 41 yaşlı Elçin Məmmədovdur.Onun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb. Hadisə ötən gecə Tbilisinin Abanotubani rayonunda baş verib. Azərbaycanlının meyiti avtomobildə aşkarlanıb. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.Şahidlər deyib ki, atəş səslərindən öncə qətlə yetirilən şəxs restoranda başqaları ilə olub və onlar mübahisə ediblər.