İmtahanlara gələ bilməyən şagirdlərə ikinci şans

12 Sentyabr 2017 15:29

Bu il buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün sentybarın 16-da əlavə imtahan keçirəcək. DİM-dən bildirilib ki,imtahanlar Bakı, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. IX sinif buraxılış imtahanının birinci mərhələsi üzrə 223, ikinci mərhələsi üzrə 365, XI sinif üzrə isə 319 şagirdin iştirakı gözlənilir.Prosesin idarə olunması üçün 11 imtahan rəhbəri, 128 nəzarətçi-müəllim ayrılıb. Şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 12-dən çap edib götürə bilirlər.