Yol qəzaları can almaqda davam edir

12 Sentyabr 2017 13:13

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Gəncə sakini Cəlal Zeynalov yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil onu vurub. Xəsarət alan şəxs şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.


Tovuz sakini kartof daşıdığı yük avtomobilini aşırıb. Hadisə Bakı-Qazax magistralının Goranboyun Borsunlu kəndindən keçən hissəsində baş verib. 58 yaşlı Asif Qasımzadə  “Qazel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Sükana hakim ola bilməyən sürücü yük maşınını yol kənarına aşırıb. Nəticədə kartof ətrafa dağılıb, sürücü Asif Qasımzadə müxtəlif bədən xəsarətləri aldığından xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.