Dayə seçərkən nələrə diqqət etməli?

12 Sentyabr 2017 11:23

Dayənin körpə uşaqla bu cür davranması dünyanın hər yerində həmçinin, Azərbaycanda da mövcuddur. Adətən valideynlər dayə seçərkən agentliklərə müraciət edir və ya internetdə elan verirlər. Mütəxəssislər  bunu  doğru  seçim  hesab  etmirlər.  Dayə seçərkən uşaqların yaşı nəzərə alınmalıdır. Çünki, südəmər körpələr üçün dayə qarşısında duran tələblə bağçaya gedən uşaqların tələbi tamamilə fərqlidir. Seçilən dayə uşaq psixologiyasını dərindən bilməlidir.  Lakin, təəssüf ki, bəzən dayə ilə evə götürülən köməkçinin vəzifəsi  səhv salınır. Daha bir maraqlı məqam odur ki, dayələrin əksəriyyəti əmək müqaviləsi olmadan, qeyri-rəsmi əsaslarla xidmət göstərirlər. Bu isə ölkə qanunvericiliyinə qarşı ziddir. Dünya təcrübəsinə görə dayəliyə ciddi peşə kimi yanaşılır. Dayə  olmaq  istəyən şəxslərə kurslar və təlimlər keçirlər. Sonda isə həmin şəxslərin işləməsinə icazə verilir.


XƏYALƏ VAQİFQIZI